BİZİM TƏQVİM:24 dekabrda baş vermiş tarixi hadisələr

1961-ci ilin bu günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anadan olub.

2003-cü ildə  Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev xalqımızın ulu öndəri Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək erudisiyaya malik olan İlham Əliyev beynəlxalq aləmdə müasir və praqmatik siyasətçi kimi tanınır.

Onun rəhbərliyi ilə həyatın bütün sahələrində böyük uğurlara imza atan, dinamik inkişaf edən Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib. Ən başlıcası onun İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində Azərbaycan 30 ildən sonra suveren hüquqlarını və ərazi bütövlüyünü təmin edib.

Bəs, dekabrın 24-də dünyada daha hadisələr baş verib?

1. ABŞ vətəndaş müharibəsindən sonra köləlik tərəfdarı olan Konfederasiya ordusunun zabitləri Tennesi ştatının Pulaski şəhərində 1865-ci ilin 24 dekabrında "Ku Klusk Klan"  adlı gizli irçi bir klub qurdular. Bu terror təşkilatının üzvləri zənciləri qorxudaraq ağların ölkənin cənubunda üstünlüyünü əldə saxlamağa çalışırdılar. Çox qısa müddətdə "Ku Klusk Klan" Amerika Birləşmiş Ştatlarındakı irqçilərin mərkəzi oldu.

2. 24 dekabr Liviya xalqının milli bayramıdır. Afrikanın şimalında yerləşən bu ölkə 1951-ci ilin bu günü müstəqilliyini elan edib. Amma Liviya 1969-cu ilə - Qəddafinin hərbi çevrilişinə qədər krallıq sistemilə idarə olunub.

3. Şimali Kiprdə silahlı rumlar "Qanlı Milad" adı altında hücumlar təşkil edərək 1963-cü ilin 12 dekabrında Lefkoşada minbaşı (mayor) Nihat İlhanın ailəsini də hədəfə aldılar: İlhanın həyat yoldaşı Mürüvet İlhan və uşaqları Murad, Kutsi və Xaqan rum terrorçuları tərəfindən evlərində öldürüldü.

4. 1964-cü il 24 dekabrda Hindistan və Sri-Lankanı təsiri altına alan qasırğa 7 min adamın həyatına bais oldu. 

5. 1976-cı ilin 24 dekabrında baş verən zəlzələ Türkiyənin Van rayonunun Çaldıran qəsəbəsini sarsıtdı. Ətraf kənd və qəsəbələrərə də təsir edən zəlzələdə 3840 nəfər həyatını itirdi.

6. 24 dekabr 1979-cu ildə keçmiş Sovet ordusu Əfqanıstanı işğal etdi. Yeli mücahidlərin 10 il davam edəcək müqaviməti və SSRİ-nin dağılma prosesi nəticəsində sovet əsgərləri 1989-cu ildə Əfqanıstandan geri çəkilmək məcburiyyətində qaldılar.

7. 2007-ci ilin bu günündə Şirvan şəhərində “Cənub” elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. 780 meqavat gücə malik bu stansiya 2013-cü ildə istifadəyə verilib.

8. 24 dekabr 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə “Bakı Ağ şəhər”in təməli qoyulub. Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə “Qara şəhər” kimi tanınırdı və ekoloji baxımdan tamamilə yararsız vəziyyətdə idi. “Bakı Ağ şəhər” layihəsinin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq layihələndirmə şirkətidir.

24 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Avropadan yola çıxıb Hindistana birbaşa yollanan ilk kəşfiyyatçı, portuqaliyalı Vaska de Qama 1524-cü ilin bu günü elə Hindistanda həyatını itirib.

2. Türkiyənin görkəmli şairi Tofiq Fikrət 1867-ci il 24 dekabrda İstanbulda anadan olub. 21 yaşında (1888) Qalatasaray litseyini bitirən gənc şair bir müddət Xarici İşlər Nazirliyində, 27 yaşından 48 yaşınadək isə (1894-1915) türk dili və ədəbiyyatı müəllimi olaraq çalışıb.  Türkiyə şeirinə məzmun və formaca yenilik, qərblilik gətirən Tofiq Fikrətin əsərlərində zülm, istibdad və fanatizm qətiyyətlə pislənilir.

Öz dövründə şeirləri rəsmən qadağan olunsa da, gənclər və hərbçilər arasında əldən-ələ keçərək əzbərlənib yayılırdı. Tofiq Fikrətin əsərləri Azərbaycan şairlərindən Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və başqalarının yaradıcılığına da güclü təsir göstərib. (1867-1915)

3. Bu gün 41 yaşında dünyadan köçmüş, tanınmış Azərbaycan memarı Sadıq Dadaşovun xatirə günüdür. 1905-ci ildə paytaxt Bakıda dünyaya gələn Sadıq Bakı Politexnik İnstitutunu bitirib, memarlığa dair bir çox əsərlərini Mikayıl Hüseynovla birlikdə yaradıb.  Sadıq Dadaşovun layihələri ilə tikilmiş çoxlu yaşayış, ictimai və mədəni məişət binaları Azərbaycan memarlığının inkişafında böyük rol oynayıb. Əsas işləri Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, Nizami Kinoteatrı, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi və başqalarıdır. (1905-1946)

4. Azərbaycanın elektrotexnika sahəsində tanınmış alimi Zəki Kazımzadə 1908-ci ilin 24 dekabrında anadan olub. Z.Kazımzadə Azərbaycan dilində elektrotexnikaya aid ilk dərsliklərin və terminlər lüğətinin müəllifidir. (1908-1986)

5. SSRİ və Şəqrdə tanınmış görkəmli Azərbaycan şərqşünası və tarixçisi, akademik Ziya Bünyadov 1921-ci ilin bu günü anadan olub. 1939-cu ildə hərbi məktəbə daxil olan Ziya 2 il sonra İkinci Dünya Müharibəsinə yollanıb. Bu illərdə vzvod və rota komandiri kimi Krımdan Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci il fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Ziya Bünyadov 5 il sonra (1950) Moskva Şərqşünaslıq İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 

Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti və Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmış alim istər keçmiş SSRİ məkanında, istərsə də, bütün Şərqdə layiqincə tanınıb. VII – XIII əsrlər Azərbaycan tarixinin yorulmaz tədqiqatçılarından olan Ziya Bünyadov Orta Əsrlər tarixi və mənbəşünaslıq üzrə elmi məktəbin banisidir. (1921-1997)

6. 24 dekabr 1872-ci ildə yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872 – 10.10.1937) Gürcüstanda, Ahıska qəzasının Azqur kəndində doğulub. “Şərqi-rus” qəzetinin, “Molla Nəsrəddin” jurnalının yaradıcılarındandır. Gürcüstanda və Azərbaycanda xalq maarifi sahəsində çalışıb, repressiya qurbanı olub.

7. 24 dekabr 1926-cı ildə Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Zeynalov (1926 – 25.5.1998) Bakıda anadan olub.

8. 24 dekabr 1939-cu ildə şair, yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məmməd Aslan (1939 – 23.9.2015) Kəlbəcər rayonunun Laçın kəndində doğulub. Kitabları: “Durnalar lələk salır”, “Ömrün yarı yaşında”, “Saxla izimi, dünya” və s.

9. 24 dekabr 1954-ci ildə Xalq artisti Natalya Tağıyeva (1954 – 16.1.2005) anadan olub. Dövlət Rus Dram Teatrının aktrisası olub, filmlərdə (“Dədə Qorqud”, “Onun bəlalı sevgisi” və s.) çəkilib. 

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

End of content

No more pages to load

RADİO