Qusar futboluna DƏSTƏK – Klubun sponsoru MÜƏYYƏNLƏŞDİ – FOTO/VİDEO

Qusar rayonunda Birinci Liqa təmsilçisi “Şahdağ Qusar” futbol klubu ilə “İSFA” şirkəti arasında baş sponsorluq müqaviləsinin imzalanmasına həsr olunmuş rəsmi mərasim keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, FİF, AFFA və İSFA-nın rəhbər və məsul şəxsləri, “Şahdağ Qusar” FK-nın rəsmiləri, rayonun idman ictimaiyyətinin nümayəndələri və digər məsul şəxslər, sahibkarlar və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibinin müavini Kamran Vəliyev rayonda futbolun inkişafına göstərilən dəstəyə görə rayon rəhbərliyi başda olmaqla, bütün tərəfdaşlara təşəkkürlərini bildiriblər. Çıxışlarda “Şahdağ Qusar” futbol klubunun keçdiyi inkişaf yolu diqqətə çatdırılıb, rayonun futbol azarkeşlərinin komandaya daim sadiq qalaraq yüksək dəstək nümayiş etdirdikləri xüsusi vurğulanıb. Qeyd edilib ki, komanda uzun müddət öz doğma meydanında çıxış etməsə də, azarkeş dəstəyi hər zaman hiss olunub və bu dəstək komandanın daha böyük uğurlara doğru irəliləməsinə zəmin yaradıb.
 

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında tədbirin təşkilində əməyi olan bütün qurumlara minnətdarlığını ifadə edib. İcra başçısı son dövrdə rayonda idman sahəsində həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verib.O çıxışında idmanın inkişafının bundan sonra da prioritet istiqamət kimi diqqətdə saxlanılacağını deyib.


Sahir Məmmədxanov Şövkət Orduxanov adına Qusar şəhər stadionunun Gənclər və İdman Nazirliyinin balansına verildiyini, stadionun əsaslı təmir işlərinin mərhələli şəkildə həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Rayon rəhbəri “Şahdağ Qusar” futbol komandasına gələcək fəaliyyətində uğurlar arzulayıb, İSFA şirkəti ilə qurulan əməkdaşlığın klubun və rayonda futbolun inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, İSFA şirkətinin dəstəyi ilə rayonda həyata keçirilən sosial və infrastruktur yönümlü layihələr haqqında da məlumat verilib. Sahir Məmmədxanov hələlik Şamaxı və digər stadionlarda oynayan "Şahdağ"komandasına yerli və nizam-intizamlı azarkeşlərin etmadını daha da doğrultmağı arzu edib.

Futbol veteranı, Futbolun İnkişafı Fondunun Himayəçilər Şurasının üzvü Asim Xudiyev Bizim.Media-ya müsahibəsində bağlanan əməkdaşlıq sazişinin qusarlı futbol azarkeşlərinə töhfə verəcəyindən danışıb.

Tədbirdə çıxış edən İSFA-nın direktoru Samir Xeyirbəyov və “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev qarşılıqlı etimad və tərəfdaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığın klubun inkişafına, idman nəticələrinin yüksəldilməsinə mühüm töhfələr verəcəyinə, qarşıya qoyulan məqsədlərə birgə səylərlə nail olunacağına inamlarını ifadə edib, yaradılan şərait və göstərilən dəstəyə görə Qusar Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürlərini bildiriblər.

Sonda “rəsmi şəkildə Şahdağ Qusar” futbol klubu ilə İSFA şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb.




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

End of content

No more pages to load

RADİO