Şəhərsalma və Memarlıq İli – Urbanizasiya sahəsində strateji DÖNÜŞ NÖQTƏSİ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Bu qərar şəhər məkanına münasibətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Çünki Dövlət başçısının Sərəncamı bir tərəfdən ölkənin çoxəsrlik şəhərsalma və memarlıq ənənələrinə istinad edir, digər tərəfdən isə müasir çağırışlara cavab verən, uzunmüddətli inkişaf fəlsəfəsini ortaya qoyur. Sənəddə şəhərsalmanı sadəcə texniki və ya infrastruktur məsələ kimi deyil, milli kimliyin, sosial rifahın və estetik düşüncənin ayrılmaz hissəsi kimi təqdim edilir.

Min illərin irsi və şəhər mədəniyyətinin genetik kodu

Azərbaycanın şəhərsalma və memarlıq tarixi İpək Yolu üzərində formalaşmış qədim şəhərlərlə başlayır. Tarixi qala-şəhərlər, karvansaralar, məscid və məbədlər, körpülər və türbələr təkcə memarlıq nümunəsi deyil, bütöv bir sivilizasiya modelinin daşıyıcısıdır.

İçərişəhər, Şirvanşahlar sarayı kompleksi, Qız qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı kimi abidələrin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bu irsin qlobal dəyərini təsdiqləyir. Bundan əlavə, ölkəmiz Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi kimi misilsiz tarixi abidələrə ev sahibliyi edir.

Bu nümunələr şəhərlərin Azərbaycan tarixində yalnız yaşayış məntəqəsi deyil, yaddaş və kimlik anlamı daşıdığını göstərir.

Şərqlə Qərbin vəhdəti: Bakı nümunəsi

XIX əsrin ortalarından etibarən Azərbaycanın şəhərsalma mənzərəsində yeni mərhələyə start verildi. Bakının dünya neft sənayesinin mərkəzinə çevrilməsi paytaxtımızın memarlıq mənzərəsinə də təsirsiz ötüşmədi. 

Həmin dövrdən etibarən sürətlə sənayeləşən Bakı qədim şəhər mədəniyyətini Qərb memarlıq üslubları ilə uzlaşdıraraq özünəməxsus sima qazandı. Şərq və Qərb elementlərinin sintezi şəhərin memarlıq dilini formalaşdırdı və bu model sonrakı dövrlərdə də inkişaf etdirildi.
 

XX əsrdə aparılan yenidənqurma işləri nəticəsində şəhərlərin siması dəyişdi, şəhərlərin planlı şəkildə qurulması təcrübəsi ön plana çıxdı. Xüsusilə də, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə milli memarlıq ənənələrinin yaradıcı şəkildə qorunması və yenilənməsi fonunda şəhərsalma təcrübəsinə yeniliklər əlavə olundu.

 

Şəhərsalmaya müasir yanaşma

Müstəqillik illərində Azərbaycanda şəhərsalma artıq dövlətçilik fəlsəfəsinin bir hissəsi kimi çıxış etməyə başlayıb. Son illərdə isə bu məsələ xüsusilə diqqət mərkəzindədir.

Prezident İlham Əliyev tərəfindən memarlıq və şəhərsalma sahəsində inkişafa hər zaman xüsusi qayğı göstərilib. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında da memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri müəyyən edilib.

Bundan əlavə, son illərdə paytaxt və regionlarda inşa edilən monumental komplekslər, müasir memarlıq nümunələri bu yanaşmanın praktik nəticəsidir. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Ağ şəhər kimi layihələr şəhərin müasir simasını formalaşdırmaqla yanaşı, milli memarlıq düşüncəsinin də yeni mərhələsini nümayiş etdirir.

Məlum olduğu kimi, son illərdə dünyada iri şəhərlərin inkişafında əsas prioritetlərdən biri ətraf mühitin qorunması və ictimai-yaşıllıq məkanlarının artırılmasıdır. Bu qlobal tendensiyaya qoşulan Bakıda da ekoloji və funksional cəhətdən yenilənmə istiqamətində mühüm layihələr həyata keçirir. Onlardan ən vacibi isə Mərkəzi Parkın genişləndirilməsi təşəbbüsüdür.

Qarabağ modeli: şəhərsalmanın yeni mərhələsi

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycan şəhərsalmasının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Düşmən tapdağı altında olduğu illərdə yerlə-yeksan edilən şəhərlərimizin yerində sıfırdan infrastruktur qurulur.
 

Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyaları insan mərkəzli, təhlükəsiz və ekoloji dayanıqlı yaşayış mühitinin yaradılmasını hədəfləyir. Şuşa şəhərinin tarixi simasının bərpası isə bu prosesin simvoluna çevrilib – burada memarlıq milli iradənin və tarixi irsin ifadəsi kimi çıxış edir.

 

“Şəhərsalma və Memarlıq İli”ndən gözləntilər

“Şəhərsalma və Memarlıq İli” bu təcrübələrin sistemli və institusional çərçivəyə salınmasına xidmət edir. İl ərzində elmi müzakirələrin, beynəlxalq forumların, sərgilərin, müsabiqələrin və maarifləndirici layihələrin keçirilməsi gözlənilir.

Bu proses şəhərsalmanın yalnız memarların və mütəxəssislərin işi olmadığını, cəmiyyətin bütün üzvlərinin davranış və düşüncə mədəniyyəti ilə formalaşdığını ön plana çıxarır. Tarixi irsə münasibət, ictimai məkanlardan istifadə, yaşayış mühitinə hörmət anlayışı bu ilin ideoloji əsasını təşkil edir.

Üstəlik, 2026-cı ilin mayında Azərbaycan daha bir nüfuzlu tədbirə - BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bakının bu cür nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan qlobal urbanizasiya proseslərində artan rolunu təsdiqləyir. COP29 kimi mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə təşkili ilə formalaşan təcrübə göstərir ki, Azərbaycan artıq dayanıqlı şəhərsalma və iqlim çağırışları sahəsində etibarlı tərəfdaş kimi qəbul olunur.

Şəhər təkcə yaşayış məntəqəsi deyil...

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2026-cı ildə şəhərsalma və memarlıq anlayışının inkişafı üçün yeni imkanlar yaranacaq, yanaşmalar formalaşacaq. Bu yanaşma isə şəhəri yalnız yaşayış sahəsi deyil, milli düşüncənin, mədəni yaddaşın və müasir dövlətçilik baxışının daşıyıcısı kimi təqdim edir.

Əminliklə deyə bilərik ki, Azərbaycanın şəhərləri qarşıdakı dövrdə təkcə böyüməyəcək, həm də daha estetik şəkildə formalaşacaq.

Bizim.Media-nın analitik qrupu  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

End of content

No more pages to load

RADİO