Azərbaycanda pensiya, müavinət, kompensasiya və ünvanlı sosial yardım ödənişlərinin tarixi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bütün bu ödənişlər həftənin sonuna qədər həyata keçiriləcək.
Qeyd olunur ki, pensiya, müavinət, kompensasiya və ünvanlı sosial yardım Azərbaycanın sosial müdafiə sisteminin əsas elementlərini təşkil edir. Bu ödənişlər müxtəlif həssas qruplara – əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, uşaqlı ailələrə və müharibə veteranlarına dövlət tərəfindən verilən maliyyə dəstəyidir. Məqsəd sosial müdafiəni təmin etmək, yoxsulluğu azaltmaq və sosial risklərin qarşısını almaqdır.
Bu xidmətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və DOST Agentliyi tərəfindən həyata keçirilir.
Bizim.Media