Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Yolu keçmək istəyən kənd sakini, "Ford Transit" markalı avtomobil 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub.
Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media