Gecə saatlarında Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, hadisə Mirzəağa Əliyev küçəsində qeydə alınıb.
Belə ki, sürücü "Chevrolet" markalı, 77-LD-248 dövlət nömrə nişanlı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı dəmir maneələri aşaraq Qış parkına girib.
Hadisə zamanı avtomobilə və yol təsərrüfatına ciddi maddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin, Təcili Tibbi Yardım Xidmətinin və DYP əməkdaşları cəlb olunublar.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Bizim.Media