Gürcüstanın Qardabani vilayətində bayram yolkası işıqlandırılarkən qəza baş verib.
Bizim.Media xəbər verir ki, şəhər meydanında quraşdırılmış yolkanın işıqlarının təntənəli yandırılması mərasimində ağac qəfil alışıb.
Alov dərhal yolkanı bürüyüb və ağacın ətrafında toplaşan insanların gözü önündə külə dönüb.
Xoşbəxtlikdən, tədbirdə iştirak edənlərin hamısı vaxtında təhlükəsiz məsafəyə çəkilib və xəsarət alan olmayıb.
Bizim.Media