Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Bizim.Media xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.
İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi "Nissan" markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (Mənbə: report.az)
Bizim.Media