Xəbər verdiyimiz kimi dekabrın 20-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Həsənqala kəndində Vətən müharibəsi şəhidi İsmayılov Orxan Qədim oğlunun ailəsini ziyarət edib. Ziyarət zamanı şəhidin atası Qədim İsmayılov yaşadığı evə gedən yola asfalt örtüyünün çəkilməsini xahiş edib.
MÖVZU İLƏ BAĞLI:
Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi - FOTO
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhid atasının müraciəti dərhal nəzarətə götürülüb və Qusar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıq verilib.
Bu gün isə işlər yekunlaşıb, şəhidin ailəsinin yaşadığı evə gedən yolun 110 metr hissəsi asfaltlanıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu