Qusarda şəhid ailələri və qazilərin övladlarına Yeni il SÜRPRİZİ – FOTO

Dekabrın 22-də Qusar Rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərin övladları üçün “Balaca qəhrəmanlara Yeni il möcüzəsi” adlı Yeni il tədbiri keçirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri, rayonun bir qrup mədəniyyət müəssisəsinin rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər və onların övladları iştirak ediblər. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov qeyd edib ki, şəhid ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin təmin edilməsi, onların övladlarının hərtərəfli inkişafı, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi formalaşması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin şəhidlərimizin xatirəsinə və onların ailələrinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.
 

Bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə şəhid ailələri, müharibə iştirakçıları və onların övladları üçün mühüm dövlət proqramları, humanitar, sosial və mənəvi yönümlü layihələr reallaşdırılır və davamlı xarakter daşıyır.


İcra başçısı bütün tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı, uşaqlara sağlam, xoşbəxt və firavan gələcək, təhsil həyatlarında uğurlar arzulayıb. 

Tədbirdə çıxış edən digər rəsmilər qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini çatdırıblar.

Qeyd edilib ki, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, ailələrinin sosial müdafiəsinin və övladlarının layiqli gələcəyinin təmin edilməsi dövlət və cəmiyyət qarşısında duran mühüm məsuliyyətdir. 

Tədbirin bədii hissəsində Şaxta baba və Qar qızın iştirakı ilə rəngarəng Yeni il proqramı, hədiyyələr təqdim olunub. Müxtəlif əyləncəli oyunlar və interaktiv proqramlar uşaqlarda xoş ovqat yaradıb, onlara Yeni il sevincini yaşadıb.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

End of content

No more pages to load

RADİO