"Casablanca Travel” MMC-nin təsisçi-direktoru Xəyal Həmidov Amnistiya aktı ilə həbsdən azad edilib.
Bizim.Media xəbər verir ki, o bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Xatırladaq ki, "Casablanca Travel" MMC-nin təsisçi-direktoru Xəyal Həmidov 11 zərərçəkmişə qarşı ümumilikdə 99 903 manat ziyan vurmaqla təkrarən dələduzluq edib.
Bu ilin mayında Məhkəmənin hökmü ilə Xəyal Həmidov 1 il müddətinə turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media