Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində icra olunub.
Bizim.Media xəbər verir ki, cəzaçəkmə müəssisəsində 3 yetkinlik yaşına çatmayan məhkum bu gün azadlığa buraxılır.
Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzasının 6 ay azaldılması nəzərdə tutulur.
Amnistiya ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək.
Xatırladaq ki, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.







Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media