Bakıda 16 və 17 yaşlı bacı-qardaş dəm qazından zəhərlənərək ölüb.
Bizim.Media xəbər verir ki, hadisə dekabrın 20-də Bakının Xətai rayonunda baş verib.
2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva (16 yaş) və qardaşı, 2009-cu il təvəllüdlü Amin (17 yaş) yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır. (BakuES)
Bizim.Media