Məhkəmə "Kürd Amo"nu öldürən şəxslə bağlı hökmü dəyişdirdi

Gəncə Apellyasiya Məhkəməsində Goranboyda kriminal aləm üzvünü qətlə yetirməkdə təqsirləndirilən Tarzan Şamilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilməyib.

Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, Tarzan Şamilovun xüsusi amansızlıqla öldürməsinə dair müddəalar ittihamdan xaric edilib.

Qeyd: Ötən il iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən bir gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
 

İstintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.


Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətə azadlıqdan məhrum edilib.

Xatırlatma: Əhməd Ərəbov kriminal aləmdə "Kürd Amo", "Kürd Əhməd" kimi tanınıb. Onun mərhum kriminal avtoritet "Lotu Quli"nin yaxın adamlarından biri olduğu qeyd olunurdu. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

End of content

No more pages to load

RADİO