Qubada maşın qadın piyadanı vurub.
Bizim.Media xəbər verir ki, hadisə Quba şəhərində qeydə alınıb.
Bəhram Allahverdiyevin idarə etdiyi "Nissan" markalı avtomaşın yolu keçən Humay Zeynalovanı vurub. Ağır travmalar alan qadın yerindəcə ölüb.
Faktı Quba rayon polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu