Mingəçevirdə iki minik avtomobili toqquşub.
Bizim.Media xəbər verir ki, yol-nəqliyyat hadisəsi şəhər ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil “VAZ 2106” ilə toqquşub.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media