Tərtərdə suvarma kanalında batan şəxsin kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, Tərtər şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalında batması ehtimal edilir.
Bu barədə yaxınları tərəfindən Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib. Hazırda FHN-nin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. (Report.az)
Bizim.Media