2 yaşlı uşaq həyətdəki quyuya düşərək ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Beyləqan rayonunun Tatalılar kəndində baş verib.
Kənd sakini, 2 yaşlı Uğur İmanzadə həyətlərində valideynin yanında oynayarkən diqqətdən yayınıb. O, quyuya düşərək boğulub.
Atası bildirir ki, onun 3 övladı var. 2 qız, bir oğlan. Yeganə azyaşlı oğlu dünyasını dəyişib:
Hadisə ilə bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media