Vardanyan haqqında çəkilən “The Oligarch’s Design” sənədli filminin nümayişi oldu - FOTO

Dekabrın 19-da Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq Televiziyasının araşdırma seriyasından olan “The Oligarch's Design” sənədli filminin rəsmi nümayişi olub.

Bizim.Media xəbər verir ki, ekran əsərinin təqdimatında Milli Məclisin deputatları, Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, media subyektlərinin rəhbərləri və ictimai-siyasi şəxslər iştirak ediblər.

Filmin təqdimatından əvvəl çıxış edən “AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru Rüfət Həmzəyev sənədli ekran əsəri haqqında məlumat verib. O bildirib ki, bu təkcə sənədli filmin premyerası deyil, həm də “AnewZ Investigations” platformasının rəsmi başlanğıcıdır. Bu sənədli film beynəlxalq araşdırma jurnalistikasının bütün istiqamətlərini özündə ehtiva edən ekran işidir.

Rüfət Həmzəyev diqqətə çatdırıb ki, "The Oligarch’s Design” layihəsinin çəkilişləri bu ilin yanvar ayından etibarən 8 ölkədə həyata keçirilib və istehsal prosesi 10-11 ay davam edib. Filmin hazırlanması prosesinə 100-ə yaxın jurnalist, prodüser, operator, montajçı və tədqiqatçı cəlb olunub. Həmçinin filmin bir sıra epizodları mürəkkəb şəraitdə ərsəyə gətirilib.
 

Qeyd edilib ki, sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub. Bu proseslər Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar və müsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim olunur.


Həmçinin diqqətə çatdırılıb ki, “AnewZ Investigations” platforması vasitəsilə kanal uzunmüddətli araşdırma jurnalistikasını dərinləşdirməni, yoxlanılmış məlumatlara əsaslanan yanaşmanı, hesabatlılığı və güc mexanizmlərinin ictimai diqqətdən kənarda necə fəaliyyət göstərdiyinin daha dərindən anlaşılmasını prioritet kimi müəyyənləşdirir.

“AnewZ” Beynəlxalq Televiziyasının baş redaktoru Qay Şoun çıxışında filmin 4 əsas istiqamətdən ibarət olduğunu deyib: “Birinci fəsil maliyyə arxitekturasına həsr olunub. Araşdırmalar Böyük Britaniya, Litva və Amerika Birləşmiş Ştatlarında aparılıb və “Troyka” sistemi çərçivəsində ofşor strukturlar, vasitəçi banklar və “qabıq” şirkətlərin fəaliyyəti araşdırılır.

İkinci fəsil xeyriyyəçilik və humanitar təşəbbüslər mövzusuna fokuslanır. Çəkilişlər əsasən Böyük Britaniyada, qismən isə Ermənistanda aparılıb. Bu fəsil xeyriyyə narrativlərinin elit siyasi və mədəni mühitlərlə necə kəsişdiyini beynəlxalq legitimlik və reputasiyanın hansı mexanizmlərlə formalaşdığını nümayiş etdirir. Üçüncü fəsil Ukraynada müharibə şəraitində hazırlanıb. Rusiyanın genişmiqyaslı işğalı fonunda logistika sanksiyaları və maliyyə şəbəkələrini təhlil edir. Bu hissə sahə reportajına təhlükəsizlik yanaşmasına və siyasətçilərlə analitiklərin birbaşa şahid ifadələrinə əsaslanır. Dördüncü və son fəsil yenidən Cənubi Qafqaz regionuna qayıdır. Azərbaycan və Ermənistanda aparılan çəkilişlər xarici maliyyə və siyasi mexanizmlərin regional səviyyədə siyasi və təhlükəsizlik mühitinə real təsirlərini ortaya qoyur”.

Onun sözlərinə görə, bütün fəsillər demək olar ki, eyni prinsiplərlə hazırlanıb. Film sübut və kontekst təqdim edir. Lakin nəticələri diktə etmir.

Sonra qonaqlar “The Oligarch’s Design” sənədli filmini izləyiblər.

Film xeyriyyəçilik, maliyyə arxitekturası və dəqiqliklə qurulmuş narrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırıla biləcəyini araşdırır.

Bundan başqa, filmdə “Aurora Foundation” mövzusuna da toxunulub. Uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr aparılıb.

Araşdırma “OSINT” məlumatlarına (açıq mənbələr üzrə kəşfiyyat), eləcə də əvvəlki beynəlxalq araşdırmaların nəticələrinə əsaslanır. Həmin araşdırmalarda ofşor strukturlar vasitəsilə milyardlarla dolların dövriyyədən keçdiyi “Troika Laundromat” maliyyə şəbəkəsi təsvir olunub. Beynəlxalq araşdırma təşkilatlarının dərc etdiyi materiallar filmin faktoloji əsasının tərkib hissəsini təşkil edir.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

End of content

No more pages to load

RADİO