Azərbaycanın müxtəlif istiqamətlərində avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın, Bakı–Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay, Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt, Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası, Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzi Bazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə 142, 551, 555 və 592 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 17 yanvar 2026-cı il, saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Bakı– Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay istiqamətlərində 8 lot üzrə yanvarın 23-də;

Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt istiqamətlərində 7 lot üzrə yanvarın 27-də;

Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir istiqamətlərində 7 lot üzrə yanvarın 30-da;

Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 8 lot üzrə fevralın 3-də;

Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzi bazar), Burunqovaq (Samux) -Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində və 142 nömrəli (metronun "20 Yanvar" stansiyası - Masazır kəndi) şəhərətrafı, 551 nömrəli (Bakı BAK - Atyalı yaşayış massivi) şəhərətrafı, 555 nömrəli (Sumqayıt şəhər avtovağzalı - Müşfiqabad qəsəbəsi) şəhərətrafı və 592 nömrəli (Gorədil qəsəbəsi - Xırdalan şəhəri) şəhərətrafı avtobus marşrutları üzrə 7 lot üzrə fevralın 6-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

End of content

No more pages to load

RADİO