Bir sıra ölkələrdə “Youtube”platformasının fəaliyyətində nasazlıq yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Downdetector" xidməti məlumat yayıb.
Məlumata görə, istifadəçilərin 77%-i “Youtube” hesablarına girişdə, 15%-i video yayımında, 7%-i isə tətbiqin özündə nasazlığın olmasından şikayətləniblər.
ABŞ-dən 12 609, Yaponiyadan 5 255, Böyük Britaniyadan 5 030, Almaniyadan 4 070 şikayət daxil olub. Nasazlıqlar, həmçinin Fransa, Niderland, İsveç və digər ölkələri də əhatə edib.
Bizim.Media