Deputat: “Azərbaycanda boşanmaları azaltmaq üçün qanunu sərtləşdirmək faydasızdır”

Azərbaycanda boşanmaların son illərdə artması geniş müzakirə olunan mövzulardan biridir.

Bu günlərdə vəkil Babək Həmidov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda boşanmaq üçün məhkəməyə xüsusi səbəb göstərmək tələb olunmur.

Yəni tərəflərin barışması üçün müəyyən söhbətlər aparılsa da, Türkiyədə olduğu kimi, məhkəmə boşanmanı həyata keçirmək üçün mütləq əsaslı dəlil tələb etmir. Bəzi ekspertlər hesab edirlər ki, cütlüklərdən əsaslı səbəb və sübut tələb edilməməsi boşanmaq istəyənlərin işini asanlaşdırır. Bu isə son illərdə boşanmaların artmasının əsas səbəblərindən biri ola bilər.

Bəs bu proses son illər artan boşanmaların səbəbi ola bilər?

Bizim.Media mövzuyla bağlı deputat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Mehriban Vəliyevanın fikirlərini öyrənib.

Deputatın fikrincə, boşanma zamanı əsaslı səbəbin tələb olunmaması artıma qismən təsir edir:

“Azərbaycanda boşanma proseduru əsasən formal xarakter daşıyır. Tərəflər barışdırma məqsədilə dinlənilsə də, boşanma üçün ciddi əsasların təqdim edilməsi tələb olunmur. Bu isə bəzi hallarda emosional, tələsik və impulsiv qərarların hüquqi baxımdan asan reallaşmasına şərait yaradır.

Lakin boşanmaların artımını yalnız bu amillə izah etmək düzgün olmaz. Sosial dəyişikliklər, qadınların iqtisadi müstəqilliyi, ailə modelinin dəyişməsi, fərdi xoşbəxtliyə verilən önəmin artması daha həlledici rol oynayır. Yəni problem təkcə qanunda deyil, cəmiyyətin transformasiyasındadır”.

Bəzi fikirlərə görə, xüsusilə övladı olan cütlüklərin boşanmaq üçün daha keçərli səbəbi olmalıdır. Mehriban Vəliyeva isə bu fikri doğru hesab etmir.

“Uşaqlı ailələrdə boşanma məsələsinə yanaşma fərqli olmalıdır. Burada əsas sual “niyə boşanırlar?” deyil, “boşanma uşağa necə təsir edəcək?” olmalıdır. Əsaslı səbəb tələbinin sərtləşdirilməsi bəzi hallarda uşaqların konfliktli, sağlam olmayan ailə mühitində qalmasına səbəb ola bilər.

Daha doğru yanaşma uşağın psixoloji rifahının qiymətləndirilməsi, valideynlik məsuliyyətinin bölüşdürülməsi, uşağın gələcək təhlükəsizliyinin təmin olunmasıdır. Yəni səbəb yox, nəticə və mühit əsas götürülməlidir”.

Bəs proses dəyişsə, boşanmaların artmasının qarşısını almaq mümkündürmü?

“Nikahdan psixoloji maarifləndirmə, peşəkar mediasiya...”
 

“Qismən mümkündür, amma təkcə qanun dəyişikliyi ilə yox. Əgər məqsəd boşanma statistikasını süni şəkildə azaltmaqdırsa, proseduru çətinləşdirmək qısamüddətli effekt verə bilər. Ancaq bu, ailə institutunu gücləndirmir, əksinə, problemləri gizli şəkildə dərinləşdirə bilər.


Daha effektiv yol nikahdan əvvəl psixoloji hazırlıq, real və peşəkar mediasiya mexanizmi, uşaqlı ailələr üçün xüsusi qoruyucu prosedurlar, ailələrə sosial və psixoloji dəstəyin artırılmasıdır.

Bu yanaşma boşanmanı qadağan etmir, amma tələsik boşanma qərarlarının qarşısını alır.

Boşanmanı çətinləşdirmək ailəni möhkəmləndirmir. Ailəni möhkəmləndirmək isə boşanmaların sayını real şəkildə azalda bilər. Dövlətin rolu nə hakimlik, nə də formal müşahidəçi olmaqdır. Dövlət dəstək verən, yönləndirən və qoruyan tərəf kimi çıxış etməlidir.
 

Təklif edirəm ki, boşanma prosedurunda formal barışdırma əvəzinə, peşəkar mediasiya tətbiq olunsun, nikahdan əvvəl psixoloji maarifləndirmə təşviq edilsin, uşaqlı ailələr üçün “əsaslı səbəb” deyil, “uşağın marağı” əsas kriteriya olsun ailə problemlərinin erkən mərhələdə həlli üçün dövlət dəstək mexanizmləri gücləndirilsin.


Nəticə olaraq, Azərbaycanda ailə institutunu qorumağın yolu boşanmanı yasaqlamaqdan deyil, ailəni yaşatmağı bacaran cəmiyyət formalaşdırmaqdan keçir”-deyə Mehriban Vəliyeva qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda III Təhsil Menecerləri Forumu keçirildi - FOTO/VİDEO

Bakıda III Təhsil Menecerləri Forumu keçirildi - FOTO/VİDEO

Nəsimi rayonunda oğurluq edən 4 nəfər SAXLANILDI

Nəsimi rayonunda oğurluq edən 4 nəfər SAXLANILDI

FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu

FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu

Magistral yollarda görmə məsafəsi MƏHDUDLAŞACAQ

Magistral yollarda görmə məsafəsi MƏHDUDLAŞACAQ

Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq öldü

Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq öldü

ChatGPT istifadəçinin istəyi ilə "şəxsiyyətini" dəyişdirə BİLƏCƏK

ChatGPT istifadəçinin istəyi ilə "şəxsiyyətini" dəyişdirə BİLƏCƏK

Bakıda məktəbdə qorxulu anlar: Boğulan şagird belə xilas edildi – ANBAAN VİDEO

Bakıda məktəbdə qorxulu anlar: Boğulan şagird belə xilas edildi – ANBAAN VİDEO

Bu şəhərdə cəmi 18 dəqiqə gündüz OLACAQ

Bu şəhərdə cəmi 18 dəqiqə gündüz OLACAQ

Ağsuda 14 yaşlı qıza əxlaqsız hərəkət edənlər HƏBS OLUNDU

Ağsuda 14 yaşlı qıza əxlaqsız hərəkət edənlər HƏBS OLUNDU

Türkiyə MN: “Rusiyaya məxsus PUA nəzarətdən çıxaraq ərazilərimizə daxil olub”

Türkiyə MN: “Rusiyaya məxsus PUA nəzarətdən çıxaraq ərazilərimizə daxil olub”

İlk köç karvanı Kərkicahana çatdı, açarlar təqdim olundu – FOTO

İlk köç karvanı Kərkicahana çatdı, açarlar təqdim olundu – FOTO

Coşua blogeri nokauta saldı

Coşua blogeri nokauta saldı

Anatoli Lobotski vəfat etdi - FOTO

Anatoli Lobotski vəfat etdi - FOTO

Xoşqədəm Hidayətqızı KÖVRƏLDİ: “Atam yaşasaydı, zəng edib deyəcəkdi ki…” – VİDEO

Xoşqədəm Hidayətqızı KÖVRƏLDİ: “Atam yaşasaydı, zəng edib deyəcəkdi ki…” – VİDEO

Pirotexniki vasitələr satan 14 nəfər TUTULDU

Pirotexniki vasitələr satan 14 nəfər TUTULDU

Deputat: “Azərbaycanda boşanmaları azaltmaq üçün qanunu sərtləşdirmək faydasızdır”

Deputat: “Azərbaycanda boşanmaları azaltmaq üçün qanunu sərtləşdirmək faydasızdır”

Bu klub “Qarabağ”a növbəti dəfə təklif göndərdi

Bu klub “Qarabağ”a növbəti dəfə təklif göndərdi

Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşdü – FOTO

Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşdü – FOTO

Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü AYIRDI

Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü AYIRDI

Tanınmış idmançı qeyri-adi bir sınağa imza atdı – FOTO

Tanınmış idmançı qeyri-adi bir sınağa imza atdı – FOTO

Ukrayna Rusiyanın iki "Su-27" qırıcısını vurdu – FOTO

Ukrayna Rusiyanın iki "Su-27" qırıcısını vurdu – FOTO

Filmlərdəki kimi deyil: Niyə yadplanetlilərlə ilk təmas faciəvi ola bilər?

Filmlərdəki kimi deyil: Niyə yadplanetlilərlə ilk təmas faciəvi ola bilər?

Azərbaycan İspaniyaya neft ixracını bərpa ETDİ

Azərbaycan İspaniyaya neft ixracını bərpa ETDİ

Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

End of content

No more pages to load

RADİO