Son illər psixologiya kurslarına gedib sertifikat alaraq psixoloq və “həyat kouçu” kimi çalışanların sayı çoxalıb. Həmçinin, günümüzdə cəmiyyətdə onlara təlabət da yüksək səviyyədədir.
Bəs, həmin şəxslər üçün imtahan nəzərdə tutula bilərmi?
Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu sahəyə tələb var, amma kadr hazırlığı yoxdur:
“Ümumiyyətlə, kadr hazırlığı müəyyən müddət tələb edir. Əmək bazarı da bu sahədə mütəxəssis istədiyi üçün əmək bazarına daxil olmaq istəyənlər hansısa kursda sertifikat alıb özünü “həyat kouçu” adlandırıb təlimlər keçməyə başlayırlar. Əslində kadr hazıırlığı əmək bazarının tələblərinə uyğun olmalıdır.
Bizdə isə bu yoxdur. İnsanlar psixoloq yanına gedəndə baza təhsilini soruşmalıdır və ondan sonra ödəniş etmək lazımdır. Burada cəmiyyətdə də məsələyə düzgün yanaşmamaq var. Buna görə maarifləndirmə olmalıdır. İndi gedib kursdan sertifikat alıb tibb bacısı, əczaçı olaraq da işləyirlər. Amma bu sahədə də baza təhsili olmalıdır. İmtahan baza təhsili olduqdan sonra verilməlidir”.
Naibə Məmmədova, Bizim.Media