“Məzunlarımızın bölgələrdə gedib işləməsi üçün stimullaşdırıcı proqramlar olmalıdır. Onları bölgələrə cəlb etmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Vüqar İskəndərov Milli Məclisin Aqrar siyasət komitəsində “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda bu gün keçirilən ictimai dinləmədə deyib.
“Aqrar sahəni gələcəkdə gəlir gətirən sahəyə çevirməliyik.
Kişilər daha çox gəlir gətirən sahəyə gedir, əgər istəyirksə, bu sahənin populyarlığı artırılsın. Aqrar sektor mütləq gəlir gətirən sahəyə çevrilməlidir”, - deyə deputat qeyd edib.
Günay Şahmar, Bizim.Media