Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə “xidmətləri” qarşılığında nələr qazandırıb? — Milyonluq evlər, torpaq sahələri…

Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana esktradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz.

Bizim.Media xəbər verir ki, məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycana qarşı xarici qüvvələrin maşası olanlar tərəfindən intensiv şəkildə edilib.

İndiyə qədər dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan siyasətində xarici oyunçuların maraqlarını müdafiə edən və milli təhlükəsizliyə təhdid yaradanlar qanundan qaçmaq üçün öləni tərk edir, müxtəlif ölkələrdə “siyasi mühacir” adı altında yaşayırlar. Bu, onlar üçün hər zaman qaçış yolu olub. Əslində, Gültəkin Hacıbəylinin Türkiyəyə qaçışı da xəyanət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi daşıyırdı.

Lakin Azərbaycana xəyanət etmiş heç kim artıq cəzasız qalmayacaq, hansı ölkəyə qaçmağından asılı olmayaraq.
 

Gültəkin Hacıbəyli də qanun qarşısında cavab verməlidir, çünki Ramiz Mehdiyevin piyadalarından olan bu şəxs Azərbaycana qarşı xain planların əsas iştirakçılarındandır. Gültəkin Hacıbəyli nə qədər təkzib etməyə çalışsa da, onun Ramiz Mehdiyevin adamı olduğu heç kəsə sirr deyil. 


Gültəkin Hacıbəylinin siyasətə “atılması” da Ramiz Mehdiyevin xeyir-duası ilə olub. Bu baxımdan, Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevə xüsusi sevgi bəsləməsi təsadüfi deyildi. 

“Ramiz Mehdiyevin içində, köksündə həssas bir ürək var, çox sərraf adamdır... Kim Ramiz Mehdiyevi tənqid edirsə, ya Vətən xainidir, ya da xaini olacaq”.

Bu sözləri məhz Gültəkin Hacıbəyli demişdi Mehdiyev haqqında. Çünki Gültəkin Hacıbəylinin parlamentə düşməsindən tutmuş xüsusi imtiyazlar qazanmasına qədər bütün “uğurları”nın arxasında Ramiz Mehdiyev olub. Onun Milli Şuraya üzv olması – iqtidar sevdalısından qəfil radikal müxalifətçiyə çevrilməsi də Ramiz Mehdiyevin təlimatı ilə baş verib və bu, konkret planın tərkib hissəsi idi.

Planın detalları Ramiz Mehdiyevin ifşa olunan çevriliş planında ortaya çıxdı. Məlum oldu ki, o, çevriliş planı baş tutacağı təqdirdə, 50 nəfərdən ibarət “Dövlət Şurası” yaratmaq istəyirmiş. Şübhəsiz ki, Ramiz Mehdiyevin 50 nəfərlik komandasında AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də var. Əli Kərimlinin evində aparılan axtarış nəticəsində Mehdiyevin məktubu tapıldı və həbs olundu. Aparılan istintaqda Əli Kərimlinin Ramiz Mehdiyevlə gizli əlaqələri ortaya çıxıb.
 

Gültəkin Hacıbəylinin də Ramiz Mehdiyevlə sıx bağlılığı var. Hələ 2013-cü ildə Milli Şura yarananda Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin təlimatı ilə radikal müxalifət düşərgəsində yerləşdirildi. Həmin vaxt Ramiz Mehdiyevin müxalifətə transformasiya etdiyi şəxslərdən biri də Cəmil Həsənli idi. 


Ramiz Mehdiyevin bu şəxsləri radikal müxalifət düşərgəsinə yerləşdirməkdə məqsədi siyasi proseslərin manipulyasiya edilməsində onlardan istifadə etmək olub. Hədəfləri çoxvektorlu qiymətləndirmək olar və belə görünür ki, Ramiz Mehdiyev hər iki düşərgədə - iqtidar və müxalifətdə oyun qurubmuş.

Birinci məqsədi radikal müxalifəti Gültəkin Hacıbəyli, Cəmil Həsənli və Əli Kərimli kimi şəxslər vasitəsilə idarə etmək, hakimiyyətə qarşı daxildə “siyasi təzyiqlər” yaratmaq idi. Ramiz Mehdiyev özünün yaratdığı “siyasi təzyiq” qarşısında qalxan kimi dayanır və göstərirdi ki, o, olmasa ölkədə hakimiyyət dəyişikliyi baş verə bilər.

İkinci məqsəd hakimiyyət dəyişikliyində müxalifətdəki adamlarını iqtidara gətirmək, idarəçiliyi ələ almaq idi. Əli Kərimli və Gültəkin Hacıbəylinin yer aldığı “Dövlət Şurası” planı bunu təsdiq edir.

Bu prosesdə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyev üçün böyük xidmətləri olub. Bunun qarşılığında qazancı da böyük olub. Siyasətdə “karyera” qazanan Gültəkin Hacıbəyli Ramiz Mehdiyev tərəfindən maliyyə və daşınmaz əmlaklarla da təmin edilib. 

Məlumatlara görə, Ramiz Mehdiyevdən külli miqdarda pul alan Gültəkin Hacıbəyliyə bahalı ərazidə iki ev də verilib. Bununla yanaşı, Goranboyda böyük torpaq sahələri əldə edib, həmçinin, ona biznes şəriti yaradılıb.

Bununla bağlı konkret faktlar mövcuddur. Mediaya yayılan məlumatlara görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil təmir olunmuş vəziyyətdə hədiyyə edilib. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. 

G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. 
 

Həmin binanın 13-cü mərtəbəsində yerləşən digər mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayıb.


Ramiz Mehdiyev tərəfindən Gültəkin Hacıbəyliyə hədiyyə edilən, eyni zamanda, yaradılan şərait nəticəsində ikincinin ələ keçirdiyi mülklərin siyahısı bir neçə il öncə mediada yayılmışdı.

Həmin siyahısı təqdim edirik:

- Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa.

- Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar, Borsunlu kəndində 6,25 hektar, Aşağı Ağcakənd kəndində 1,76 hektar, 58-ci məhəllədə hər biri 8 sot olmaqla 2 torpaq sahəsi. 

- Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi.

- Goradil kəndində 30 sot torpaq sahəsi.

- Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 yerdə topaq sahəsi.

- Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi.

- Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi.

- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil.

- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv. metr sahəsi olan digər mənzil.

- Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv. metr sahəsi olan mənzil.

- Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil.

- Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil.

Bütün bunlar Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevə “xidmətləri” qarşılığında əldə etdikləridir. İndi isə qanun qarşısında cavab vermək zamanı çatıb. (Mənbə: Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Putin: “Seçkilər dövründə Ukraynanın dərinliklərinə zərbələri dayandırmağa hazırıq” - VİDEO

Putin: “Seçkilər dövründə Ukraynanın dərinliklərinə zərbələri dayandırmağa hazırıq” - VİDEO

Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub

Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular – FOTO

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular – FOTO

“Qarabağ”ın rəqibindən YENİ TRANSFER

“Qarabağ”ın rəqibindən YENİ TRANSFER

Ov mövsümü açıq elan edilir – BU TARİXDƏN

Ov mövsümü açıq elan edilir – BU TARİXDƏN

Əhməd İsmayılov Burhanettin Duranla görüşdü – FOTO

Əhməd İsmayılov Burhanettin Duranla görüşdü – FOTO

Azərbaycan bu ölkə ilə diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad EDƏCƏK

Azərbaycan bu ölkə ilə diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad EDƏCƏK

İki dəfə ölüm xəbəri yayıldı, anası buna dözməyib dünyasını dəyişdi – Ağakərimin HƏYAT HEKAYƏSİ

İki dəfə ölüm xəbəri yayıldı, anası buna dözməyib dünyasını dəyişdi – Ağakərimin HƏYAT HEKAYƏSİ

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Somalidən Azərbaycana qoyun əti bu məqsədlə gətirilib – RƏSMİ AÇIQLAMA

Somalidən Azərbaycana qoyun əti bu məqsədlə gətirilib – RƏSMİ AÇIQLAMA

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

“Anası həyətə baxanda gördü ki, suyun üzündədir...” – FOTO

“Anası həyətə baxanda gördü ki, suyun üzündədir...” – FOTO

Nazir müavini: “Aqrar sahədə ciddi kadr çatışmazlığı var"

Nazir müavini: “Aqrar sahədə ciddi kadr çatışmazlığı var"

AFFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

AFFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi

Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi

Ağamirzədən Ağakərimin ölümü ilə bağlı AÇIQLAMA – “Bir saat əvvəl...” – ÖZƏL

Ağamirzədən Ağakərimin ölümü ilə bağlı AÇIQLAMA – “Bir saat əvvəl...” – ÖZƏL

“Məzunların bölgələrdə çalışması üçün yeni proqram hazırlana bilər” – Deputatdan TƏKLİF

“Məzunların bölgələrdə çalışması üçün yeni proqram hazırlana bilər” – Deputatdan TƏKLİF

Somalidən Azərbaycana ət İDXAL OLUNUR?

Somalidən Azərbaycana ət İDXAL OLUNUR?

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə “xidmətləri” qarşılığında nələr qazandırıb? — Milyonluq evlər, torpaq sahələri…

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə “xidmətləri” qarşılığında nələr qazandırıb? — Milyonluq evlər, torpaq sahələri…

DİN-nin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası müəyyənləşdi – QƏRAR

DİN-nin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası müəyyənləşdi – QƏRAR

Meyxanaçı Ağakərim VƏFAT ETDİ

Meyxanaçı Ağakərim VƏFAT ETDİ

“Turan Tovuz” səfərdə “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” səfərdə “Kəpəz”i məğlub etdi - VİDEO

Keçmiş əri tərəfindən öldürülən Diananın ailəsi DANIŞDI – Dəhşətli qətlin YENİ DETALLARI – VİDEO

Keçmiş əri tərəfindən öldürülən Diananın ailəsi DANIŞDI – Dəhşətli qətlin YENİ DETALLARI – VİDEO

End of content

No more pages to load

RADİO