Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb.
Qeyd edək ki, daha əvvəl sözügedən vəzifəni Elnur Nəsibov tuturdu. 2022-ci ildən həmin vəzifədə olan E.Nəsibov bu ilin oktyabrında öz ərizəsi ilə işdən çıxıb.
Bizim.Media