Balakəndə stomoloqlardan hədə-qorxu ilə pul tələb edən “jurnalistlər” saxlanılıb. Onlar əsasən rayonun müxtəlif kənd və qəsəbələrində, eləcə də şəhər ərazisində çalışan diş həkimlərindən pul tələb edirmiş.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “jurnalistlərin” qanunsuz əməlləri, diş həkimlərinə hədə-qorxu gəlmələri barədə rayon polis şöbəsinə məlumatlar daxil olub.
Məsələ ilə bağlı Balakən Rayon Polis Şöbəsində əməliyyat qrupu yaradılaraq məlumatların izinə düşülüb. Nəticədə polis əməkdaşlarıının həyata keçirdiyi tədbirlər zamanı 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıb.
Məlumata görə, onlar əsasən stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gələrək zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu