Dekabrın 16-sı səhər saatlarında Qusar rayon Hil kəndinin ərazisində yerləşən evdə kənd sakini, 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, polis əməkdaşlarının apardığı araşdırmalarla onu keçmiş həyat yoldaşı olan kənd sakini, 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi məlum olub.
Faktı Qusar rayon prokurorluğunda cinayət işi açılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu