Dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Culfa Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, Culfa şəhərində elektrik enerjisinin verilişində 3 saatlıq fasilə olacaq.
Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 nömrəli (Neft bazası-FHN) və 7 nömrəli (Şəhər) hava xətlərində aparılacaq təmir işləri və yeni yarımstansiyaya qoşulma ilə əlaqədar saat 10:00-dan 13:00-dək şəhərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bizim.Media