Ağstafada azyaşlı övladlarını döyən və işgəncə verən ata saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə apa-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunundan bildirilib.
Qurumdan qeyd edilib ki, övladlarını döyən və işgəncələr verən ata Oruc Əliyev polis əməkdaşları tərəfindən tutulub.
Məsələ ilə Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib.
Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
Bizim.Media