Ağdamda traktorçu minaya düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
Kənd sakini Məmmədov Məlik Qədir oğlu sahədə soğan toxumu səpərkən minaya düşüb.
Hazırda yaralının xəstəxanaya çatdırması prosesi aparılır.
Faktla bağlı araşdırma başlanıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.