Şagirdlərin sosiallaşmasına TƏHLÜKƏ – Hansı məktəblərdə təhsil distant formaya KEÇİR?

Azərbaycanın ucqar kəndlərində yerləşən məktəblərdə şagird sayının azlığı məsələsi müzakirə olunur. Bəzi məktəblərdə ümumilikdə 13-15 şagird təhsil alır. Belə olduqda siniflər komplektləşdirilir. Hətta bir neçə ildir ki, yaxın ərazilərdə yerləşən məktəblərin şagirdləri bir məktəbə cəlb olunaraq dərslərini davam etdirirlər, şagirdlər dövlət vəsaiti hesabına digər, yaxınlıqdakı məktəbə daşınırlar.

Bir neçə gün öncə Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində deyib ki, şagird sayı az olan məktəblərdə təhsil distant formada keçiriləcək.
 

Azərbaycanda distant təhsil 2020-ci il koronavirus pandemiyası zamanı tətbiq olundu. Həm ilk olduğu üçün, həm də kəndlərdə internet sürətli olmadığı üçün bu dərslər effektiv deyildi. Həmçinin, bəzi şagirdlərin bundan yararlanmaq üçün uyğun avadanlıqları da yox idi. Ona görə də gələn ildən distant təhsilə keçid bəzi narahatlıqlar yaradıb.


Birinci, az sayda şagird deyəndə təxminən bir məktəbdə, bir sinifdə nə qədər şagird sayı nəzərdə tutulur?

İkinci məsələ isə şagirdlərin sosiallaşması məsələsidir. Kənd məktəblərində əlavə idman meydançalrı, klublar, dərnəklər olmadığı üçün kənd uşaqlarının bir-biri ilə səmərəli vaxt keçirəcəkləri yeganə məkan məktəbdir.

Bəs bu qərar kənddə yaşayan uşaqların asosiallaşmasına gətirib çıxarmayacaqmı?

Mövzu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, məktəblərdə məhz distant təhsilə keçid məsələsi optimallaşma və rasionallaşma qərarının icrasından doğan bir faktordur:
 

“Hazırda bizim elə ucqar kəndlərimiz var ki, orda siniflərdə bəzi hallarda heç şagird yoxdur. Məsələn, 4-cü sinifdə şagird yoxdur, 5-ci sinifdə cəmi 2 şagird var. İbtidai siniflər üzrə cəmi 4-5 şagird var. Belə olan halda orda texniki işçilər, pedaqoji heyət və rəhbərliyi və s. bunlar dövlət büdcəsində daha çox maliyyə itkisinə gətirib çıxarır.


Ona görə də optimallaşdırma qərarı qəbul olunduğu üçün növbəti tədris ilindən etibarən həmin kateqoriyaya aid olan təhsil müəssisələrində dərslərin distant formada keçirilməsi nəzərdə tutulur. Burda birləşdirmə prosesi həyata keçirilir.

Tutaq ki, yaxın ərazilərdə bir və ya iki məktəb bir ünvana birləşdirilir və dərslər orda tədris olunur. Burda şagirdlərin ünvana daşınmaları narahatlıq yaratdığı üçün artıq belə qərara alınır ki, həmin şagirdlər distant formada dərsə qoşulsunlar”.

Onun sözlərinə görə, ola bilər ki, şagirdlər konkret təhsil müəssisəsinin özünə dərsə gedirlər, sadəcə, auditoriyada əyləşib distant formada dərsə qoşulurlar:

“Yəni evdən birbaşa deyil, hansısa təhsil müəssisəsindən qoşulma mümkündür.

Şagirdlərin asosial olmasına gəldikdə isə təbii ki, burda bir şagird yanında bir və ya iki sinif yoldaşı varsa, bu daha çox asosial vəziyyət yaradır. Amma distant təhsildə şagird həmin təhsildən faydalanan bir neçə şagirdlə ünsiyyət qurur, hardasa onun sosiallaşmasına təkan vermiş olur. Amma kənara çıxmaq, gəzmək, dünyagörüşü və bu kimi amillərə bu, müəyyən qədər öz təsirini göstərəcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxda yanğın olub, əraziyə FHN-in qüvvələri cəlb edilib

Qazaxda yanğın olub, əraziyə FHN-in qüvvələri cəlb edilib

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

ABŞ ilə İran arasında danışıqlara rəhbərlik edən şəxs məlum olub

ABŞ ilə İran arasında danışıqlara rəhbərlik edən şəxs məlum olub

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Ötən gün itkin düşənlərin sayı məlum olub

Ötən gün itkin düşənlərin sayı məlum olub

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

End of content

No more pages to load

RADİO