Məktəblərdə ilkin tibbi yardım dərslərinin tədrisi HANSI VƏZİYYƏTDƏDİR?

Bu il metroda bir neçə şəxs qəfil ürəktutmasından vəfat edib. Həmçinin, tez-tez ictimai yerlərdə, avtobus və metroda kiminsə halının pisləşdiyininin, səhhətində problem yarandığının şahidi oluruq. Belə anda adətən, insanlar həmin şəxsin başına toplaşır, ona yardım etmək istəyirlər. Bu da həmişə müsbət nəticə vermir.
 

Çünki ilkin tibbi yardım, ürək masajı, süni tənəffüs, təzyiqin ölçülməsi və bu kimi sadə tibbi biliklər olmadan yardım uğurlu olmaya bilər. Bu cür biliklər isə məktəbdə, universitetlərdə insanlara öyrədilir. Lakin görünən odur ki, ya insanlar bunu öyrənməyə meyl etmirlər, ya da həmin biliklərin tədrisi istənilən səviyyədə deyil.


Azərbaycan məktəblərində tibbi biliklər ayrıca fənn kimi tədris olunmasa da müxtəlif dərsliklərin daxilində mövzu kimi tədris olunur. Bəzi məktəblərdə isə ilkin tibbi yardım dərsləri heç bir təcrübəyə dayanmadığından effektiv olmur. Nəticədə yanğın, boğulma, suda batma, ürək tutması zamanı insanlar necə davranacaqlarını bilmir, yaxud da yanlış biliklərlə müdaxilə edirlər.

Bəs bu mövzuya həsr edilən dərslər neçənci sinifdə tədris olunur və hansı fənn müəllimi bunu tədris edir?

Mövzu ilə bağlı təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya deyib ki, şagirdlərin bu biliklərə yiyələnməsi vacibdir:

“Konkret bir fənn kimi tibbi biliklərin tədrisi nəzərdə tutulmur. Sadəcə, “Həyat bilgisi” dərsliyində şagirdlərə müvafiq olaraq bilik və bacarıqlar öyrədilir. Bu da əsasən ibtidai təhsil pilləsini əhatə edir. Yəni burada ilkin tibbi yardım zamanı nə etmək, suda boğulma və bu kimi hallarda hansı təlimata uyğun davranmaq lazım olduğu haqda məlumat verilir.
 

Bunlar nəzəri bilgilərdir, praktiki görüntülər isə dərslikdə təsvirlər üzərindən izah edilir. Yuxarı təhsil pilləsində “Biologiya” dərsliyində ümumi məlumat verilir. Şagirdlərin tibbi biliklərlə bağlı müəyyən bilik və bacarıqlara sahib olmaları və bəzi vərdişləri özlərində formalaşdırmağı vacibdir. Elə hallar olur ki, orda müdaxilə lazım gəlir. Belə halda da hər bir şəxsin tibbi biliklərə sahib olması zərurətə çevrilir”.


Onun sözlərinə görə, ali təhsil müəssisələrində bütün ixtisaslar üzrə birinci kursda “Mülki müdafiə və tibbi biliklər”, eyni zamanda, orta ixtisas təhsili müəssisələrində də bəzi ixtisaslarda bu fənn ayrıca tədris olunur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadağadan sonra cəza da GƏLİR – Elektron siqaret çəkənlər neçə manat CƏRİMƏ OLUNACAQ?

Qadağadan sonra cəza da GƏLİR – Elektron siqaret çəkənlər neçə manat CƏRİMƏ OLUNACAQ?

Masallıda 3200 abonentin qazı kəsiləcək

Masallıda 3200 abonentin qazı kəsiləcək

Audiovizual Şura MTV kanalına XƏBƏRDARLIQ ETDİ – Bu ifadələrə görə

Audiovizual Şura MTV kanalına XƏBƏRDARLIQ ETDİ – Bu ifadələrə görə

Alovlu At ili nə vəd edir? – Məşhur astroloqdan qorxulu proqnozlar

Alovlu At ili nə vəd edir? – Məşhur astroloqdan qorxulu proqnozlar

Pensiya alanlara şad xəbər: Gələn ildən...

Pensiya alanlara şad xəbər: Gələn ildən...

Avropa İttifaqı Rusiyadan neft-qaz idxalını davam etdirir - Lyayendən ETİRAF

Avropa İttifaqı Rusiyadan neft-qaz idxalını davam etdirir - Lyayendən ETİRAF

Qırmızı bazar qəsəbəsi daha 18 ailəyə qucaq açdı - FOTO

Qırmızı bazar qəsəbəsi daha 18 ailəyə qucaq açdı - FOTO

Rəqsanə qızı Yağmura QOVUŞDU - VİDEO

Rəqsanə qızı Yağmura QOVUŞDU - VİDEO

Rusiya Zaporojyedə yaşayış binalarını VURDU - VİDEO

Rusiya Zaporojyedə yaşayış binalarını VURDU - VİDEO

“Biləsuvar” gömrük postunda yaranan gecikmənin səbəbi AÇIQLANDI

“Biləsuvar” gömrük postunda yaranan gecikmənin səbəbi AÇIQLANDI

Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar

Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar

Əlləri kəsilmiş uşaqlar, zooparka salınan insanlar... – Belçikanın Afrikada törətdiyi DƏHŞƏTLİ QIRĞINLAR

Əlləri kəsilmiş uşaqlar, zooparka salınan insanlar... – Belçikanın Afrikada törətdiyi DƏHŞƏTLİ QIRĞINLAR

Dostunu güllələyərək qətlə yetirən şəxsə HÖKM OXUNDU

Dostunu güllələyərək qətlə yetirən şəxsə HÖKM OXUNDU

Moped sürücülərinə XƏBƏRDARLIQ – Bu halda həbs OLUNACAQLAR

Moped sürücülərinə XƏBƏRDARLIQ – Bu halda həbs OLUNACAQLAR

Nadir Hüseynov sükan arxasında vəfat edib, sərnişini xəstəxanaya yerləşdirilib – TƏFƏRRÜAT

Nadir Hüseynov sükan arxasında vəfat edib, sərnişini xəstəxanaya yerləşdirilib – TƏFƏRRÜAT

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

Hindistanda Messiyə 1,1 milyon dollar dəyərində saat HƏDİYYƏ EDİLDİ - FOTO

Hindistanda Messiyə 1,1 milyon dollar dəyərində saat HƏDİYYƏ EDİLDİ - FOTO

Həyat yoldaşını qətlə yetirən şəxs: "Mələklər arvadımın məni aldatdığını dedilər"

Həyat yoldaşını qətlə yetirən şəxs: "Mələklər arvadımın məni aldatdığını dedilər"

Xıdırlı kəndində 16 ailəyə mənzillərin açarları təqdim edildi - FOTO

Xıdırlı kəndində 16 ailəyə mənzillərin açarları təqdim edildi - FOTO

Azərbaycanda hava limanında ƏMƏLİYYAT: Gəmi kapitanı və daha iki nəfər həbs edildi

Azərbaycanda hava limanında ƏMƏLİYYAT: Gəmi kapitanı və daha iki nəfər həbs edildi

Rusiyada miqrantlara daha bir QADAĞA QOYULACAQ - VİDEO

Rusiyada miqrantlara daha bir QADAĞA QOYULACAQ - VİDEO

“Araz Naxçıvan”ın legioneri Ukrayna klublarının HƏDƏFİNDƏ

“Araz Naxçıvan”ın legioneri Ukrayna klublarının HƏDƏFİNDƏ

Məktəblərdə ilkin tibbi yardım dərslərinin tədrisi HANSI VƏZİYYƏTDƏDİR?

Məktəblərdə ilkin tibbi yardım dərslərinin tədrisi HANSI VƏZİYYƏTDƏDİR?

MEDİA-nın Müşahidə Şurasının iclası keçirildi: Xüsusi medallar təqdim olundu – FOTO

MEDİA-nın Müşahidə Şurasının iclası keçirildi: Xüsusi medallar təqdim olundu – FOTO

End of content

No more pages to load

RADİO