17 cihazdan cəmi 2-si işləyir - Qalanı suyun altındadır – VİDEO

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən, elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan elektrikdoldurma məntəqəsinin ərazisinə kanalizasiya suları dolub.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, məntəqədəki 17 elektrikdoldurma cihazından 2-si işlək vəziyyətdədir, 15-i isə suyun altında qalaraq xarab olub.

Sürücülər isə deyiblər ki, yağmurlu hava şəraitindən sonra ərazidən nəinki keçmək, hətta avtomobili saxlamaq belə mümkün olmur:

“Stansiaların əslində çox olmağını istəyərdik. Hər yağış yağanda gölməçələr yaranır və su çəkilmir. Burada kanalizasiya sistemi ümumiyyətlə işlək vəziyyətdə deyil, hətta yoxdur. Təhlükəsizliyimiz üçün buraya gəlməyə də çəkinirik”.

Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazinin təmizlənməsi üçün heç bir iş aparılmır.

İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidmətindən bildirilib ki, Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsi inşa olunanda onun yerləşdiyi ərazidə yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj sistemi qurulmayıb:
 

“Bu səbəbdən intensiv yağıntılar zamanı su yığılaraq qalır. Belə hallarda drenaj sistemi qurulmayan ərazilərdə müvafiq rayon su-kanal idarəsi xidmət göstərməkdə çətinlik çəkir. Buna baxmayaraq, qeyd olunan ərazidən yağış sularının kənarlaşdırılması üçün xidmətin texnikaları cəlb edilir, suyun ərazidən çəkilməsi icra olunur. Qeyd olunan ünvanda yağış sularını kənarlaşdırmaq üçün yalnız Bakı Olimpiya Stadionunun drenaj sistemi mövcuddur”.


Bakı Olimpiya Stadionundan isə qeyd edilib ki, sözügedən ərazi rəsmi olaraq stadionun deyil, stadionun parkinqidir:

“Ancaq cavabdeh biz deyilik”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxda yanğın olub, əraziyə FHN-in qüvvələri cəlb edilib

Qazaxda yanğın olub, əraziyə FHN-in qüvvələri cəlb edilib

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

ABŞ ilə İran arasında danışıqlara rəhbərlik edən şəxs məlum olub

ABŞ ilə İran arasında danışıqlara rəhbərlik edən şəxs məlum olub

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Ötən gün itkin düşənlərin sayı məlum olub

Ötən gün itkin düşənlərin sayı məlum olub

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

End of content

No more pages to load

RADİO