Azərbaycanda 7000-dən çox araq saxta çıxdı - FOTO

Saxta alkoqollu içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri keçirilir.

AQTA-dan Bizim.Media-ya bildirilib ki, il ərzində aparılan tədbirlər çərçivəsində ümumilikdə 39 qida obyektində (34 ticarət və 5 ictimai iaşə obyekti) müxtəlif növ və əmtəə nişanlı 7714 ədəd saxta alkoqollu içki aşkarlanıb.

Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsullar satışdan kənarlaşdırılıb. 81 alkoqollu içkidən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Sınaq nəticəsində 39 məhsulda uyğunsuzluq müəyyən edilib, 31 məhsulda uyğunsuzluq aşkarlanmayıb, 11 məhsulun isə müayinələri davam etdirilir.

Faktla bağlı 16 müəssisənin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb, 23 qida obyekti barədə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.
 

Qeyd edək ki, saxta içkilər uyğun olmayan xammaldan və texnologiyadan istifadə edilməklə hazırlanır. Bu cür içkilərin tərkibində olan kimyəvi maddələr insan sağlamlığı üçün təhlükəli hesab edilir. Belə ki, bu kimyəvi birləşmələr daha çox qaraciyər, böyrək, göz və mərkəzi sinir sistemini zədələməklə yanaşı, ölümlə nəticələnən intoksikasiyalara səbəb ola bilər.


Agentlik yeni il bayramı ərəfəsində spirtli içkilərin daha çox satışa çıxarıldığını və istifadə olunduğunu nəzərə alaraq, istehlakçıları diqqətli olmağa, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran məhsulları almamağa çağırır.

İctimai iaşə və ticarət obyektlərində məhsul seçərkən, qablaşdırılmasına və etiketlənməsinə diqqət yetirilməli və müvafiq müşayiətedici sənədlərinin tələb edilməsi zəruridir.

Hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Bu suyu içmək məsləhət deyil

Bu suyu içmək məsləhət deyil

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Azərbaycan xurma ixracını ARTIRDI

Azərbaycan xurma ixracını ARTIRDI

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Rolu üçün 3 aylıq kurs keçdi

Rolu üçün 3 aylıq kurs keçdi

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

Dindarların yaratdığı ən bahalı içki – Xərçəng xəstəliyinin qarşısını alır

Dindarların yaratdığı ən bahalı içki – Xərçəng xəstəliyinin qarşısını alır

Sərxoş vəziyyətdə evin pəncərəsini sındırdı, həyatını itirdi – TƏFƏRRÜAT

Sərxoş vəziyyətdə evin pəncərəsini sındırdı, həyatını itirdi – TƏFƏRRÜAT

Hikmət Hacıyev Macarıstanda mühüm görüş keçirdi – FOTO

Hikmət Hacıyev Macarıstanda mühüm görüş keçirdi – FOTO

Azərbaycan nefti kəskin BAHALAŞDI

Azərbaycan nefti kəskin BAHALAŞDI

GÜNÜN HAVASI: Güclü yağış, subasma...

GÜNÜN HAVASI: Güclü yağış, subasma...

Rəşad Baxşəliyev vəfat etdi

Rəşad Baxşəliyev vəfat etdi

Rahat pul qazanmaq istəyən bürclər - İşləməyi sevmirlər

Rahat pul qazanmaq istəyən bürclər - İşləməyi sevmirlər

Ayağından xəsarət alan Zaqatala sakini xəstəxanada həyatını itirdi

Ayağından xəsarət alan Zaqatala sakini xəstəxanada həyatını itirdi

End of content

No more pages to load

RADİO