Qadına qarşı əxlaqsızlıq edən traktor sürücüsünə cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etmədə və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Qafar Elimdarzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il 1 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 18 iyun 2025-ci il tarixdə, gecə saat 02 radələrində Saatlı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Qafar Elimdarzadə öz cinsi ehtirasını təmin etmək məqsədilə əvvəllər hər hansı yaxınlıq münasibətində olmadığı həmkəndlisi olan zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) evinə qanunla müəyyən edilmiş əsaslar olmadan, ev sakinlərinin iradəsinə zidd olaraq gizli şəkildə daxil olub.

Məlumata görə, təqsirləndirilən şəxs əvvəlcə evin həyətyanı sahəsinə, daha sonra qapısı açıq olan yaşayış evinə daxil olaraq zalda yatan zərərçəkmiş şəxsə yaxınlaşıb. Zərərçəkmiş şəxsin oyanmasından sonra ona qarşı zor tətbiq edilərək yaşayış evinin daxilində və həyətyanı sahədə fiziki təsir göstərilib, nəticədə sağlamlığa zərər vurmayan müxtəlif xəsarətlər yetirilib.

İstintaqla müəyyən edilib ki, bundan sonra Qafar Elimdarzadə D.D.-yə qarşı onun iradəsinə zidd olaraq seksual xarakterli zorakılıq hərəkətləri edib.

Qeyd olunan əməllər nəticəsində zərərçəkmiş şəxsə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirildiyi müəyyən olunub.

Xatırladaq ki, Qafar Elimdarzadə məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, o, kənd təsərrüfatında traktor sürücüsü kimi çalışır. (Pravda.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Bu suyu içmək məsləhət deyil

Bu suyu içmək məsləhət deyil

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Azərbaycan xurma ixracını ARTIRDI

Azərbaycan xurma ixracını ARTIRDI

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Rolu üçün 3 aylıq kurs keçdi

Rolu üçün 3 aylıq kurs keçdi

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

Dindarların yaratdığı ən bahalı içki – Xərçəng xəstəliyinin qarşısını alır

Dindarların yaratdığı ən bahalı içki – Xərçəng xəstəliyinin qarşısını alır

Sərxoş vəziyyətdə evin pəncərəsini sındırdı, həyatını itirdi – TƏFƏRRÜAT

Sərxoş vəziyyətdə evin pəncərəsini sındırdı, həyatını itirdi – TƏFƏRRÜAT

Hikmət Hacıyev Macarıstanda mühüm görüş keçirdi – FOTO

Hikmət Hacıyev Macarıstanda mühüm görüş keçirdi – FOTO

Azərbaycan nefti kəskin BAHALAŞDI

Azərbaycan nefti kəskin BAHALAŞDI

GÜNÜN HAVASI: Güclü yağış, subasma...

GÜNÜN HAVASI: Güclü yağış, subasma...

Rəşad Baxşəliyev vəfat etdi

Rəşad Baxşəliyev vəfat etdi

Rahat pul qazanmaq istəyən bürclər - İşləməyi sevmirlər

Rahat pul qazanmaq istəyən bürclər - İşləməyi sevmirlər

Ayağından xəsarət alan Zaqatala sakini xəstəxanada həyatını itirdi

Ayağından xəsarət alan Zaqatala sakini xəstəxanada həyatını itirdi

End of content

No more pages to load

RADİO