Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə 19 radələrində Mərkəzi rayon xəstəxanasında qeydə alınıb.
Belə ki, Kürdəmir rayon Qarasu kənd sakini 2003-cü təvəllüdlü Nurməmmədova Məleykə Müsəllim qızı dekabr ayının 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib.
Həkimlər ona əməliyyat təyin ediblər.
Dekabr ayının 12 isə qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da Məleykə Nurməmmədova dekabr ayının 16-da saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib.
Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Qeyd edək ki dünyasını dəyişən qadın 5 ildir evlidir və onun bu evlilikdən iki azyaşlı qızı var.
Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Bizim.Media, Aran bürosu