Göyçayda baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu, 2001-ci il təvəllüdlü Göyçay sakini Abdullayev Rəşaddır.
*** 19:04
Göyçayda motosiklet sürücüsü hərəkətdə olmayan avtomobilə çırpılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosikletçi yol kənarında dayanmış “Hyundai” markalı minik maşınına çırpılıb. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu