Laçın-Şuşa yolunda hərəkətdə olan yük maşını aşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sözügedən yolun təxminən 10-cu kilometrliyində baş verən hadisə nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Hadisə yerinə cəlb olunan xüsusi texnikanın köməyi ilə yük maşını ərazidən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.