Ekspertlər xəbərdarlıq edir: süni intellekt (Sİ) sistemləri və çat-botlar şəxsi və məxfi məlumatları etibarlı şəkildə saxlamır. Bu səbəbdən ad, soyad, ünvan, pasport və kredit kartı məlumatları, şirkət sirrləri, dövlət və hüquqi sənədlər, habelə tibbi göstəricilər heç vaxt Sİ platformalarına daxil edilməməlidir.
Bizim.Media xəbər verir ki, həssas məlumatların paylaşılması sızma, sui-istifadə və hüquqi məsuliyyət riskini artırır.
İstifadəçilər təhlükəsizliyi qorumaq üçün ehtiyatlı olmalı və yalnız ümumi məlumatlarla işləməlidirlər.
Bizim.Media