Qubanın Çartəpə kəndində 32 ildən sonra təsirli görüş baş tutub. Birinci Qarabağ Müharibəsinin keçmiş döyüşçüləri Şərif Kərimov və Rövşən Şükürov illər sonra bir araya gəlib.
Əslən Oğuz rayonunun Xaçmazqışlaq kəndindən olan və hazırda Balaxanı Neft-Qaz Çıxarma İdarəsində işləyən Şərif Kərimov 1992-ci ildə onu xilas etmiş qubalı döyüşçü Rövşən Şükürovu axtarırdı. Döyüş yoldaşını tapmaq üçün Şərif Kərimov Bizim.Media-ya müraciət etdi və bu təşəbbüs reallaşdı.
Görüş zamanı keçmiş döyüşçülər döyüş xatirələrini bölüşüb, həyat hekayələrini danışıblar.
Rövşənin Fərrux dağında döş qəfəsindən ağır yaralanan Şərifi sürüyə-sürüyə gətirməsi və onun sağ qalması mövzusu danışılıb.
Hər iki hərbçinin ailələri də bir- birləri ilə tanış olub və uzun-uzun söhbət ediblər.
Ətraflı videosüjetdə:
Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media