18 yaşına çatmamış şəxslərə amnistiya tətbiq olunacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərar layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna olmaqla təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq 18 yaşına çatmamış şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər.
Günay Şahmar, Bizim.Media