Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
MÖVZU İLƏ BAĞLI:
Cəmil Həsənli DTX-də dindirildi - Sərbəst buraxıldı
Bizim.Media xəbər verir ki, bu barədə C.Həsənli özü sosial şəbəkə hesabında məlumat yayıb.
Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb.
Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkən hava limanında saxlanılıb. O, həmin gün Ramiz Mehdiyevin cinayət işi ilə bağlı DTX-də ifadə vermişdi.
Bizim.Media