“Ali təhsil müəssisələrinin illik gəlirinin tələbə sayına bağlı olması səmərəli hesab edilmir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən NASCO XXVIII konfransındakı çıxışında qeyd edib:
"Bu, bir neçə problem yaradır. Çünki bəzi ali təhsil müəssisələri var ki, mahiyyət etibarilə böyük ola bilməz. Əgər ali təhsil müəsissəsi sırf maliyyə üçün tələbə sayını artırırsa, keyfiyyət azalır. Ancaq tələbə sayını azaltmaqla bir tələbəyə düşən maliyyəni və keyfiyyəti yüksəldə bilərik".
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media