Tovuzda ağır yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşırallar kəndində baş verib.
Hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü Mürvət Həsənov idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu