Biləsuvarda qayınananı öldürən gəlin öz BALDIZI QIZI imiş – TƏFƏRRÜAT/ÖZƏL

Xəbər verildiyi kimi Biləsuvar rayonunun İsmətli kəndində qətl hadisəsi törədilib. 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın əvvəlcə beyindaxili təzyiqdən öldüyü bildirilsə də, aparılan araşdırmalar nəticəsində onun gəlini tərəfindən boğularaq qətlə yetirildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı qətldə şübhəli bilinən gəlin Gülbəniz Həsənzadə və onun qardaşı Qasım Həsənov saxlanılıblar. Ahıl qadın tənha yaşadığı üçün evə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra ailə üzvləri kamera görüntülərinə baxarkən Almaz Cəfərovanın qətlə yetirildiyini aşkar ediblər.

Bizim.Media-ya danışan Biləsuvar rayonu İsmətli kənd ərazi nümayəndəsi Mübariz Mürsəlov hadisə ilə bağlı bəzi təfərrüatları açıqlayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda gəlini tərəfindən öldürülən qadının qətli kameraya düşübmüş – Dəhşətli DETALLAR - FOTO


O, deyib ki, 4 oğlu və 2 qızı olan 72 yaşlı Almaz Cəfərova uzun müddət tək yaşayırmış. Onun oğlan övladları Rusiya Federasiyasında yaşayır.

2 ay əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan Azərbaycana gələrək mərhumla eyni evdə yaşamağa başlayıb:

“Almaz Cəfərova çox yaxşı və istiqanlı bir xanım idi. Qızlarını köçürüb və Bakıda yaşayırlar. Oğlanları Rusiyada yaşayır. Həyat yoldaşı isə rəhmətə gedib. Gəlini öz baldızı qızıdır. O vaxt oğluna özü alıb gətirmişdi. Baxmayaraq ki, yoldaşı və qohum əqrəbada çoxları bu izdivaca qarşı idi”.

Mübariz Mürsəlov qeyd edib ki, iki gün əvvəl mərhumun 40 mərasimi keçirilib. Yaxınları sağlam qadının qəfil ölümündən şübhələndikləri üçün evdəki təhlükəsizlik kameralarının görüntülərinə baxmağa qərar veriblər. Buna da vəsilə mərhumun polis orqanlarında işləmiş qardaşı olub. 

Baxış zamanı isə gəlinin və onun qardaşının (baldızı qızı və oğlu) qadını qətlə yetirdikləri məlum olub:

“Oğlu yoldaşını göndərmişdi ki, həm anasına baxsın, həm də sənədlərini qaydaya salsın. Aralarında hər hansı münaqişə olduğunu eşitməmişdik, qapalı ailə olublar. Hadisənin hansı səbəbdən baş verdiyini bilmirik. Yəqin ki, ailədaxili məsələ olub. Bütün kənd şok içindədir.”

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

End of content

No more pages to load

RADİO