Bakı Təşəbbüs Qrupu: Ən qəddar cinayətlər Belçika kralları tərəfindən törədilib

Bakı Təşəbbüs Qrupunun müstəmləkəçi ölkələrin işğal etdiyi ölkələrdə törətdiyi vəhşiliklərlə bağlı araşdırmaları davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a BTQ-dən bildirilib.

“Faktlar sübut edir ki, ən qəddar, insanlıq adına ləkə olan cinayətlər Belçika kralları tərəfindən törədilib.

Belçika müstəmləkəçiliyi Avropa imperiyaları içərisində yeganə şəxsi monarx mülkü olması, misli görünməmiş sistemli vəhşilik və irqi alçaltma təcrübələrinin açıq şəkildə Avropanın mərkəzində təkrarlanması ilə digər müstəmləkəçilik modellərindən kəskin şəkildə fərqlənən ən qaranlıq və utancverici nümunələrdən biri kimi tarixdə yer almışdır. Bu qaranlıq və utancverici səhifələrindən biri də “insan zooparkları”dır”, - məlumatda bildirilib.
 

Belə ki, 1897-ci ildə II Leopoldun şəxsi təşəbbüsü və əmri ilə Konqodan zorla gətirilən 267 konqolu insan Brüsselin Tervüren bölgəsində keçirilən Dünya Sərgisində “canlı eksponat” kimi nümayiş etdirilmişdir.


Onlar Avropanın soyuq havasında, yarıçılpaq vəziyyətdə, taxta hasarların arxasında heyvan kimi tamaşaçıların seyr obyektinə çevrilmiş, ləyaqətləri ayaqlar altına atılmışdır. Bu barbar nümayiş nəticəsində ən azı yeddi konqolu – o cümlədən uşaqlar – pnevmoniya, qrip və digər xəstəlilərdən dəhşətli əzablar içində can vermiş, cəsədləri isə gizlicə basdırılmışdır. Beləliklə, II Leopoldun “sivilizasiya missiyası” adı altında qurduğu bu insan zooparkı Avropanın mərkəzində açıq-aşkar irqi alçaltma və soyqırımın simvoluna çevrilib.

İnsan zooparkının yerləşdiyi Tervüren ərazisində sonradan daimi muzey təsis edilmişdir. Əvvəlcə “Konqo Muzeyi” sonralar isə “Mərkəzi Afrika üzrə Kral Muzeyi” müstəmləkəçi ideologiyanın təbliğat mərkəzi kimi fəaliyyət göstərmişdir. 1958-ci ildə Brüsseldə təşkil olunan Expo 58 Ümumdünya Sərgisi çərçivəsində də eyni xarakterli insan nümayişi təkrarlanmışdır. Bu dəfə Konqodan gətirilən 598 nəfər – 273 kişi, 128 qadın və 197 uşaqdan ibarət 183 ailə – yenidən “canlı eksponat” statusunda Avropa ictimaiyyətinə təqdim edilmişdir.

Beləliklə, 1897-ci ildə Tervürendə təşkil olunmuş ilk “insan zooparkı” təcrübəsi heç də təsadüfi və ya müvəqqəti hadisə deyil, Belçika müstəmləkəçilik siyasətinin strukturuna dərin kök salmış sistemli, institusionallaşmış və uzunmüddətli tərkib hissəsini təşkil etmişdir. Bu praktika, irqi iyerarxiya və “sivilizasiya missiyası” ideologiyasının vizual təcəssümü olaraq, XX əsrin ortalarına qədər davam etdirilmişdir", - məlumatda deyilir.

O bildirilib ki, 1959–1962-ci illərdə Belçikanın müstəmləkə idarəçiliyi altında olmuş Burundi, Konqo və Ruanda ərazilərində ağdərili atalar və qaradərili analardan doğulmuş təxminən 20 min uşağın ailələrindən zorla ayrılaraq Belçikaya aparıldığı və övladlığa verildiyi barədə faktlar mövcuddur.

Bu uşaqların köçürülməsi valideynlərin razılığı olmadan həyata keçirilmiş və onların ailə bağlarının, kimliklərinin və mədəni mənsubiyyətlərinin ciddi şəkildə pozulmasına səbəb olub:
 

"Sadalanan hallar Belçikanın müstəmləkəçilik siyasətinin sistemli şəkildə irqçi yanaşmalara, insan hüquqlarının pozulmasına və insan ləyaqətinin tapdalanmasına əsaslandığını açıq şəkildə nümayiş etdirir".


Məlumatda mənbənin BMT-nin 2019-cu il tarixində dərc edilmiş Afrika Mənşəli Xalqlar üzrə Ekspertlərdən İbarət İşçi Qrupunun Hesabatından götürüldüyü vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

End of content

No more pages to load

RADİO