“Bu günün müasir xurafatı kainatdan istəməklə bağlı deyilənlərdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
“Bunu adətən “yaşam kouçları”ndan eşidirik: “Bir problemin var, kainata göndər, kainata danış, ondan istə”. Bu da müasir dövrün xurafatlarıdır. Heç bir elmi və dini əsası yoxdur”,-deyə o bildirib.
Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media