Qubada dəm qazından zəhərlənərək həyatını itirən Vüqar Atayev müəllim olub.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, o, Dağlı kəndindəki tam orta məktəbin fiziki tərbiyə müəllimi işləyib.
Xatırladaq ki, 41 yaşlı Vüqar Atayev bu gün gecə saatlarında - 00.10 radələrində hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu