14 dekabr 2025-ci il tarixində Bakıda Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyət Günlərinin Azərbaycandakı açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində Özbəkistanın mədəni irsi, tarixi və müasir inkişafına həsr olunmuş foto sərgi təşkil olunub.
Həmçinin, Özbəkistanlı sənətçilər və yaradıcı kollektivlərin iştirakı ilə musiqi və rəqs nömrələrini əhatə edən konsert proqramı təqdim edilib ki, bu da Özbəkistanın zəngin mədəni irsini əks etdirib.
Mədəniyyət Günlərinin keçirilməsinin məqsədi Özbəkistan və Azərbaycan arasında dostluq əlaqələrini daha da gücləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında mədəni dialoqu genişləndirməkdir.
Qeyd edək ki, Özbəkistan Mədəniyyət Günləri Azərbaycanda 20 dekabra qədər davam edəcək.
Bizim.Media